Запись - Koronavirus Infeksiyası üçün Yeni Vasitə Yaradıldı
Daxil ol

Забыли пароль? Qeydiyyat
Bölmələr
Yükləmələr Xəbərlər Bloglar Qonaq Otağı Musiqi Şəkil Video Səhifələr İstifadəçilər Forum Onlayn oyunlar Onlayn musiqi
© mytagram.az - 2019-2022
MobTop.az

Koronavirus Infeksiyası üçün Yeni Vasitə Yaradıldı




İngiltərəli elm adamları antikorlardan istifadə edərək koronavirus infeksiyasının müalicəsində yeni üsulun sınaqlarına başlayıb. Effektiv olduğu sübut edilsə, SARS-CoV-2-yə yoluxanlar COVID-19-un inkişafına qarşı qorunma əldə edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.
AZD7442 preparatı London Kollecinin Hospitalı və "AstraZeneca" mütəxəssisləri tərəfindən ərsəyə gətirilib. SARS-CoV-2 sünbül zülalının reseptorla bağlanma sahəsini hədəf alan AZD8895 və AZD1061 monoklonal antikorların birləşməsidir. Koronavirus zülalının bu hissəsinə yapışmaqla antikorlar virusun hüceyrəyə bağlanmasına və daha da daxil olmasına maneə törədir.
Alimlər təsir müddətlərini artıran (6-12 aya qədər) və həmçinin xəstəliyin antikora bağlı ağırlaşma riskini azaldan antikorlarda dəyişikliklər edib. Tədqiqatçılar bunun COVID-19 simptomlarının inkişafının qarşısını alacağına ümid edirlər. Bu cür profilaktika yaşlı insanların həyatını xilas etməyə imkan verəcək.
Aytən Məftun

Sağlamlıq və Fitnes
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
Ко всем записям