Запись - HÜZUR - həyat dərsi (Kişilik qüruru)
Daxil ol

Забыли пароль? Qeydiyyat
Bölmələr
Yükləmələr Xəbərlər Bloglar Qonaq Otağı Musiqi Şəkil Video Səhifələr İstifadəçilər Forum Onlayn oyunlar
© mytagram.az - 2021

HÜZUR - həyat dərsi (Kişilik qüruru)




Axşam yenə Rüstəmgildə səs-küy idi. Rüstəmin arvadın səsi qonşu binalardan belə eşidilirdi. "Sən kişi deyilsən", "sənin kimi kişini neynirəm" və s. kimi sözlərin qarşılığında Rüstəm sadəcə arada "sus, uşaqlar eşidir" deyirdi.

Yatmışdım. Birdən sanki qulağına Rüstəmin səsi gəldi. Yuxudan oyanıb saata baxdım. 5-i təzəcə keçmişdi. Uzaqdan Azan səsi eşidilirdi. Yatmaq istədim, yuxum gəlmədi. Su içmək üçün mətbəxə keçəndə pəncərədən çölə baxdım ki, Rüstəm həyətdə daşın üstündə oturub sanki ağacda nə isə var imiş kimi ağaca baxır. Alatoran olduğu üçün tam görə bilmədim. Əynimi geyinib həyətə düşdüm və Rüstəmə yaxınlaşanda ağacdan 1 ip asıldığını gördüm. Yaxınlaşıb salam verdim
- Neynirsən burda, qonşu?
+ Əkbər əmini düşünürəm?
- Əkbər kimdi?
+ Yadına gəlir biz uşaq olanda qonşu Əkbər əmi özünü asmışdı?
- Hə, amma aradan 30 ilə yaxın vaxt keçibe. İndi niyə yadına düşüb ki?
Rüstəm köks ötürüb ağacdakı ipə baxdı xeyli və dedi
- Yəqin eşidirsiniz də hər axşam evimizdə olan konserti.
Mən
- Yox, heç nə eşitmirik...
Rüstəm
- Bilirəm. Səni uşaqlıqdan tanıyıram. Yanında baş kəssələr, ordaca unudarsan.
Bir xeyli susduq. Quşların səsini ilk dəfə bu qədər yüksəkdən duyurdum. Sanki küçə itləri də susub quşların səsini dinləməmizə şərait yaradırdı.
- O ipi ora asana kimi tək fikrim var idi. Ölmək.
+ Ə, səyləmə...
- Yox, vallah ölmək istəyirdim. Amma birdən gözümün qabağına Əkbər əmi və ailəsinin ondan sonrakı həyatı gəldi. Yadına gəlir oğlu? Bizə tay idi. Hamımızdan yaxşı geyinirdi məktəbə. Atası öləndən sonra qoşuldu avaralara. Keçən il də meyitini kafenin tualetindən tapdılar. Maldan getdi.
+ Hə, hayıf.
- Oğlumu onun yerinə qoydum. Məndən sonrasını düşündüm.
Bir xeyli susduq.
- Qızından da ondan bəri xəbər yoxdu.
+Kimin?
- Əkbər əminin qızı da. Arvadı da bu yaxınlarda qocalar evində ölüb deyirlər.
+ Allah rəhmət eləsin.
- Eləməz elələrinə Allah rəhmət. Həm ərinin, həm oğlunun ölümünə səbəb oldu. Qızının da başına nə gəlib Allah bilir.
+ Nə deyim.
- Sən də kişisən, şair. Kişilik qürurunu incinməsinin nə olduğunu bilirsən. Bir gün əlimdən qəza çıxacaq, uşaqları anasız qoyacam deyə qorxuram. Vallah tək düşündüyüm uşaqlardır. Yaxşı ki, bu qədər səbrim var. Sonra deyəcəkdilər "qadın cinayəti, qadına şiddət". A kişi, kişiləri o həddə çatdıran kimdi?
+ Rüstəm, sən yaxşı adamsan.
- Yaxşı adam olmaq istəmirəm, şair. Hüzur istəyirəm. Durum gedim uşaqların telefonundan onlara yazdığım vida mesajlarını silim, görməsinlər. Sən də get yat.
+ Özünə yaxşı bax, Rüstəm.
- Özüm yoxam artıq, şair. Sadəcə uşaqlarım var...

Психология и Отношения
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
Ко всем записям