Новости

İlham Əliyev: "Qubadlı şəhəri işğalçılardan azad olundu"

İlham Əliyev: "Qubadlı şəhəri işğalçılardan azad olundu" Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!.

MAY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Автор: AGENT (25 okt 2020 21:05)

Yeni ərazilər azad edildi!

#SONDƏQİQƏ:🇦🇿 Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,
Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edildi!

Автор: AGENT (21 okt 2020 16:24)

Koronavirus statistikası (21.10.2020)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib.

Автор: AGENT (21 okt 2020 11:04)

Dövlət xidməti vətəndaşları VPN-dən istifadə etməməyə çağırıb.

⚠️ Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “SkyVPN” adlı VPN proqramında əlavə müdaxilələr aşkar edib. Belə ki, sözügedən VPN-nin sadəcə internet xidməti üçün icazə istəməsi əvəzinə, kamera, telefon (kontakt), təqvim, məkan və yaddaş kartı məlumatlarından icazə istəməsi aşkarlanıb. Bu da həmin VPN proqramının casusluq üçün istifadə edildiyini sübut edib.

Dövlət xidməti vətəndaşları VPN-dən istifadə etməməyə çağırıb. Əgər istifadə etdiyiniz VPN-lər varsa, telefonunuzda təyinatına uyğun icazələr verin.

Автор: AGENT (20 okt 2020 17:42)

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

© t.me/mayaztagram

Автор: AGENT (18 okt 2020 06:07)

Füzuli azad olundu!!!

27 illik həsrət bitdi!

Prezident İlham Əliyev:
Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri azad edilib

Qoç Əhmədli kəndi
Çimən kəndi
Cuvarlı kəndi
Musabəyli kəndi
İşıqlı kəndi
Dədəli kəndi
Füzuli şəhəri!
Füzuli bizimdir!

© t.me/mayaztagram

Автор: AGENT (17 okt 2020 08:31)

Azərbaycan əsgəri yeni tarix yazır!

#Azərbaycanəsgəriyenitarixyazır

Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!

Автор: AGENT (13 okt 2020 11:06)

Pakistanın Baş naziri İmran Xan:

"Bütün silah-sursat, hərbi texnika və canlı qüvvəmiz ilə qardaş Azərbaycanın yanındayıq. Ləyaqətsiz mövqe göstərən Ermənistanı nəinki Qarabağdan, xəritədən çıxara bilərik".

© t.me/operativmm

Автор: AGENT (11 okt 2020 18:01)

Stop Armenian Terrorism

❗️"Twitter"də #StopArmenianTerrorism və #Ganja tağı altında toplaşmışıq. ABŞ trendində 1'ci sıradayıq. Bu soyqırımı bütün dünyaya çatdırmaq bir azərbaycanlı kimi hər birimizin borcudur. Dağıntılar altında qalan insanların, uşaqların qanı yerdə qalmamalıdı! Hər kəs yuxarıda qeyd etdiyim tağları tvitterdə axtarışa versin və tağda qarşısına çıxan bütün postları fav və retweet etsin. Axtarış hissəsində ayarlar bölməsindən məkanı ABŞ etməyi unutmayın. Tvitteri olmayan hesab açsın.

© t.me/operativmm

Автор: AGENT (11 okt 2020 08:18)

Gəncə hücum soyqırım aktıdır

🇦🇿🔥Hikmət Hacıyev: Gəncəyə hücum Xocalı soyqırımından bəri şahidi olduğumuz daha bir soyqırım aktıdır .

© t.me/mayaztagram

Автор: AGENT (11 okt 2020 07:43)
Всего: 19
MobTop.az MobTop.az